Xaçmazda velosipedçini maşın vurub ÖLDÜRDÜ - ednews.net

31 May, Çərşənbə

(+994 50) 229-39-11

Xaçmazda velosipedçini maşın vurub ÖLDÜRDÜ

Cəmiyyət A- A A+
Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb. 
 
Ednews  xəbər verir ki, hadisə Xudat-Qusar avtomobil yolunun Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisindən keçən hissəsində baş verib. 
 
Belə ki, 1993-cü il təvəllüdlü Seymur Dusmətov 05.05.2023-cü il tarixdə idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Qusar şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə keçmək istəyən velosipedçi 1998-ci il təvəllüdlü Sənan Həmrayevi vuraraq öldürüb. 
 
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...