Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ednews-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.
Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.