“Aidiyyatı qurumlar öz vəzifələrini icra etmir” Nişanlanan 13 yaşlı qız təhsildən necə yayındırılıb? – Ekspertdən İTTİHAM

Cəmiyyət 13:04 16.05.2023
Cəmiyyətdə erkən nikahı gündəmə gətirən daha bir təəssüfləndirici hadisə baş verib.
 
Belə ki, Bakının Sabunçu rayonunda 13 yaşlı qızcığaz anasının 37 yaşında boşanmış dayısı oğlu ilə məcburi şəkildə nişanlandırılıb. 
 
Oxumaq istədiyi təqdirdə zorla təhsildən yayındırılan yeniyetmə sadəcə 3-cü sinfə qədər məktəbə gedə bilib. Anasının sözlərinə görə, indi qızına nişan mərasimi keçirsələr də toy etmək üçün yetkinlik yaşına çatmağını gözləyəcəklər.
 
Nəzərə alsaq ki, Azərbaycanda təhsil 9-cu sinfə qədər icbaridir, o zaman, 13 yaşında bir uşağın bu illər ərzində məktəbdən necə yayınması suallar doğurur.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi verdiyi açıqlamada bildirib ki, uşağın təhsildən yayınmasında birbaşa valideynləri məsuliyyət daşıyır. 
 
Təhsil eksperti Kamram Əsədov isə 13 yaşında bir uşağın qanunla nəzərdə tutulmuş icbari təhsilini tamamlaya bilməməsində bilavasitə Elm və Təhsil Nazirliyinin özünü günahlandırıb. 
 
 
Ednews-a açıqlama verən ekspert Nazirliyi ittiham edərək bildirib ki, hər bir şagirdin təhsili, təhsilə cəlb olunması və təlim göstəriciləri ilə bağlı məsuliyyət birbaşa nazirliyin üzərinə düşür.  
 
“Elm və Təhsil Nazirliyinin bu açıqlaması boş söz yığınından başqa bir şey deyil. Azərbaycan Respublikasının Konstitusiyası və “Təhsil haqqında” Qanuna görə, ölkəmizdə təhsil icbaridir və hər bir şagirdin icbari təhsilə cəlb olunmasına cavabdeh olan qurum nazirliyin özüdür. Onlar öz vəzifə öhdəliklərini unudublar. Onu da qeyd edim ki, uşaqların təhsildən yayınaraq erkən nikaha cəlb edilməsi Elm və Təhsil Nazirliyinin öz vəzifə funksiyalarını yerinə yetirməməsindən qaynaqlanan bir problemdir”. 
 
K.Əsədov vurğulayıb ki, mövcud qanunvericiliyə görə, hər bir məktəb direktoru məktəbin yerləşdiyi ərazidə hər bir şagirdin icbari təhsilə cəlb edilməsi ilə bağlı öhdəlik daşıyır: 
 
“Əgər hər hansı uşaq təhsil prosesindən yayınırsa, bununla bağlı icra hakimiyyətlərində yaradılmış qəyyumlar şurasına məlumat verilməlidir. Əgər valideyn öz öhdəliyini, yəni, övladının təhsil almaq hüququnu təmin edə bilmirsə, həmin şəxsin hətta valideynlikdən məhrum edilməsi məsələsi müzakirəyə çıxarılır və iş məhkəmə göndərilir. Valideyn övladı qarşısında vəzifələrini yerinə yetirməyə borcludur, bunu təmin etmək isə birbaşa Elm və Təhsil Nazirliyinin, orta məktəb direktorlarının funksiyasıdır. Əgər uşaq 3-cü sinifdən sonra məktəbə gəlmirsə, bunun birbaşa günahkarı valideyn olduğu qədər, həm də məktəəb rəhbərliyi və nazirlikdir. Erkən nikaha cəlb edilirsə, günahkar yenə də həmin qurumlardır. Bu onu göstərir ki, müvafiq qurumlar ancaq mənasız tədbirlər keçirməklə,selfi çəkdiməklə məşğuldur. Nazirlik təhsillə bağlı uğurlarını necə paylaşırsa - sanki, bu onların öz fəaliyyətidir, uğursuzluqlar da onlarındır, bunu niyə etiraf etmirlər?! Elm və Təhsil Nazirliyi öz vəzifə öhdəliklərini təəssüf ki, yerinə yetirməməyə davam edir”. 
 
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən yeniyetmə Bakı məktəblisi deyil. Ailə Sabunçu rayonu ərazisində kirayədə qalır. Məsələ müvafiq qurumların diqqətindədir.
 
 
Törə Zeynal
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma ARTIB
11:52 10.05.2024
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
Rusiyada sanksiyalara görə inflyasiya sürətlənib
11:48 10.05.2024
"Azalan Rusiya təsiri Ermənistanda bu dəyişikliklərə səbəb olacaq" - Fransız Ekpert Şərh Edir
11:40 10.05.2024
SON DƏQİQƏ: Erməni revanşistləri İrəvan Dövlət Universitetinə DAXİL OLUBLAR - VIDEO
11:29 10.05.2024
Çinin Macarıstan səfəri nə vəd edir?
Çinin Macarıstan səfəri nə vəd edir?
11:20 10.05.2024
İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Hamısı