Tovuzdan Xaçmaza qoşulub qaçan 13 yaşlı məktəbli qızın yeri Xaçmazın Xudat şəhərində aşkar edilib.
Artıq qız olduğu yerdən polis şöbəsinə gətirilib və onun ailə qurmaq niyyətilə gəldiyi Xudat şəhər sakini də saxlanılıb.
Ednews xəbər verir ki, məlumatı Bizim.Media-ya özəl olaraq DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan baş inspektor, polis kapitanı Eşqin Qasımov verib.
Onun sözlərinə görə,faktın araşdırılmasına başlanılıb.
Məktəbli qız ailəsinə təhvil veriləcək.