Laçın rayonunun Zabux kəndinin yeni videosu yayılıb.
Ednews xəbər verir ki, görüntülərdən aydın olur ki, Azərbaycan işğaldan azad edilən yaşayış məskənlərini bərpa edir, əzəli sakinlərini doğma yurdlarına geri qaytarır.
Ermənistan isə 30 ildir ki, torpaqlarımızı talan edib, daşı daş üstə qoymayıb. Qarabağa gələn xarici qonaqlar belə ürəkağrıdıcı mənzərələrdən dəhşətə gəlirlər.
Yeri gəlmişkən, Ağdam dünyada "İkinci Xirosima" adını qazanıb.