Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Belə ki, çayxanada müştərilər arasında dava düşüb.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Cavid Vahid oğlu Quliyev və 1991-ci il təvəllüdlü Kamil İsmayıl oğlu Ağayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.