Binalara edilən qanunsuz müdaxilə Aidiyyatı qurumlar niyə susur?

Cəmiyyət 16:30 23.06.2023
Xəbər verdiyimiz kimi bu gün Yasamal rayonu İnşaatçılar prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dam örtüyü yanan binanın dörd mərtəbəsi yaşayış üçün nəzərdə tutulub, yuxarı qatı isə sonradan tikilib. Əvvəllər dəhliz olan üst qat bir müddət hətta emalatxana kimi də fəaliyyət göstərib. 
 
Baş verən hadisə binalara sonradan, bəzənsə icazəsiz əlavə edilən tikililərdə təhlükəsizlik məsələsini yenidən müzakirə etməyə əsas verir. 
 
“İstənilən bina inşa edilərkən onun layihəsi hazırlanır. Binanın geologiyasına uyğun olaraq konstruksiyası, bunun əsasında da konstruktiv planı hazırlanır. Binanın üzərinə hər hansı qurğuların qoyulması, tikililərin əlavə olunması onun qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər”. 
 
Bu sözləri məsələ ilə bağlı Ednews-a açıqlamasında memar, inşaat üzrə ekspert Muxtar Ərturan bildirib. O qeyd edib ki, bina nəzərdə tutulduğundan artıq yüklənərsə, bədbəxt hadisə qaçılmaz ola bilər.  
 
“Binanı bir gəmi olaraq təsəvvür edin, yükdaşıma qüvvəsi 10 adamdır, ora 15 adam minəndə artıq batma ehtimalı çoxalır. Binanın fundamenti də eynilə gəmi kimi, daha artıq yükə hesablanmayıb. Bu zaman binada mikro çatlar və geniş çatlar əmələ gələ bilər”. 
 
Ekspertin sözlərinə görə, hər bina təyinatı üzrə tikilir. Əgər bu, fabrik, zavoddursa təyinatı da ona uyğun olur, əgər yaşayış binasıdırsa, təyinatı fərqli olur. 
 
“Heç bir halda bir bina həm yaşayış, həm də digər məqsədlər üçün nəzərdə tutula bilməz. Yəni bir bina həm yaşayış, həm də qeyri-yaşayış təyinatlı ola bilməz. Yaşayış nəzərdə tutulan binalarda sakinlərin təhlükəsizliyi məsələsi öndə gəlir. Zavod, fabrik və ya qeyri-yaşayış təyinatlı obyeklərdə isə qəza, yanğın təhlükəsizliyi riski daha yüksəkdir. Əgər binanın üst qatında əlavə tikililər inşa edilibsə, bu, qanundan kənar bir addımdır. Buna qarşı qanunda müvafiq tədbirlər nəzərdə tutulub. Yaşayış binasında emalatxana tipli yerlər tikilməməlidir. Bu, memarlığa da, qanuna da ziddir. Uşaq baxçasının içində yanacaq doldurma məntəqəsinin olmasına bənzəyir”.   
 
M.Ərturan əlavə edib ki, üst qatda inşa edilən əlavə tikililərdə yüngül materialdan istifadə edirlər, bu da yanğına səbəb olur. 
 
“Düşünürlər ki, yüngül material konstruksiyaya ziyan vurmur, metal konstruksiya edirlər. Nəzərə almırlar ki, sabah bu, yanğına səbəb ola bilər. Daşın yanma ehtimalı çox azdır. Yüngül konstruksiyanın alışma və yanma ehtimalı isə 60-70 faiz daha yüksəkdir”.
 
Törə Zeynal
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Havaya atəş açan suriyalılar deportasiya edilib
Havaya atəş açan suriyalılar deportasiya edilib
09:47 08.05.2024
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
"Azərbaycanla Ermənistan sülhə doğru irəliləyir" - Azərbaycanın Britaniyadakı Səfiri
09:46 08.05.2024
Meyiti tapılan erməni əsgər İNTİHAR EDİBMİŞ
09:38 08.05.2024
Kəlbəcərə dolu düşüb, dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA
09:27 08.05.2024
Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK
09:18 08.05.2024
Slovakiyanın Baş naziri Avropa İttifaqını tənqid etdi: "Özünə aşiqdir"
09:00 08.05.2024
BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
Hamısı