Kirayədə qalan vətəndaşların qeydiyyatı:Hüquqlarından məhrum olmamaq üçün...

Cəmiyyət 15:30 07.07.2023

Uzun illər Bakıda yaşayıb, evi olmayan vətəndaşlar yaşadığı ünvan üzrə polis bölmələrinə müvəqqəti qeydiyyata düşmək hüququ var. Lakin bu proses uzun müddət davam etdikdə vətəndaş müvəqqəti qeydiyyat yerindən də məhrum oluna bilər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.

Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

Belə olan halda vətəndaş hara müraciət etməlidir? Bu prosesi tənzimləyən qurum hansıdır?

İlk öncə mövzu ilə bağlı ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev Ednews-a bildirdi ki, bu zaman vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir.

“Müvafiq mövzuda xidmət göstərən orqan məhz DİN-dir. ASAN Xidmət olaraq bizə nə düşərsə ,onu da etməyə hazırıq”.

Daxili İşlər Nazirliyi vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər:

 "Öncə qeyd edilməlidir ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə, qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir.

Bu baxımdan diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməyiblər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.

Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur".

Hüquqşünas Əsabəli Mustafayev də mövcud qanun haqqında münasibət bildirib. Onun sözlərinə görə, oxşar qərarlar tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur: 

“Əgər vətəndaşın qeydiyyatda olduğu ünvanla faktiki yaşadığı ünvan üst-üstə düşmürsə, bu zaman şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır. Burada əlavə maliyyə xərci və ya vaxt itkisinə də ehtiyac yoxdur. Hər bir şəxs müəyyən dövlət qurumlarının imkanlarından istifadə etmək üçün aidiyyəti üzrə müraciət edir. Bir çox hallarda bu müraciətlərə yaşayış yeri üzrə baxılır. Bizdə yaşayış yeri deyəndə adətən qeydiyyat yeri nəzərdə tutulur. Amma hüquqda bu, belə deyil, həmin anlayışlar fərqləndirilir.

Məsələn, bir çox hallarda şəxsin yaşadığı ünvan üzrə aidiyyəti məhkəmədə iddia qaldırmaq, yaxud polisə müraciət etmək hüququ olur. Əgər şəxs faktiki yaşadığı ərazidə qeydiyyatda deyilsə və bunu sübut edə bilmirsə, bu zaman o, qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə edə bilmir.

Bundan əlavə, əgər şəxsin yaşayış və qeydiyyatda olduğu ünvanları fərqlidirsə, tibb, bank, sığorta kimi zəruri xidmətlərdən yararlana bilmir”.

Məsələnin problemli tərəflərindən danışan vəkilin müşahidələrinə əsasən, ev sahibləri kirayə verdiyi mənzillərdə yaşayan şəxslərin həmin ünvanda müvəqqəti qeydiyyata düşmələrinə maraq göstərmirlər:

“Hesab edirəm ki, bu, məlumatsızlıqdan və savadsızlıqdan irəli gəlir. Adamlar elə bilirlər ki, kimisə onun evində müvəqqəti qeydiyyata alınsa, ev sahibi ilə həmin evə şərik olur. Bu, belə deyil. Müvəqqəti qeydiyyata olan şəxsin həmin evə heç bir hüququ olmur”.

Əsabəli Mustafayev deyir ki, insanların bir yerdə qeydiyyatda olub başqa ünvanda yaşaması vəkillik fəaliyyətlərində ciddi problemlər yaradır: 

“Məsələn, kiməsə qarşı iddia irəli sürürsənsə, onun faktiki olduğu yer haqqında arayış təqdim etməlisən ki, məhkəmə o ünvana bildiriş göndərsin. Bu praktikada çox baş verir, tutaq ki, vəkil ünvanlar bürosuna sorğu göndərir. Cavabdehin harada olması barədə arayış götürüb məhkəməyə təqdim edir. Məhkəmə də həmin ünvana dəfələrlə bildiriş göndərir, şəxsi prosesə dəvət edir. Sonra məlum olur ki, cavabdeh orada yaşamır. Məhkəmənin də həmin iş üzrə fəaliyyəti müəyyən mənada iflic olur.

Vəkil paytaxtda qeydiyyatlı və qeydiyyatsız yaşayan insanların sayına da toxunub: 

“Məlumatlara görə, Sumqayıtda 100 min, Bakıda isə 1 milyona yaxın rəsmi qeydiyyatda olan insan yaşayır. Ancaq hamı bilir ki, Sumqayıtda 500 min, Bakıda isə 2-3 milyondan artıq əhali var. Ona görə də xidmət sahələri üzrə çatışmazlıqlar yaranır. Bunu qaydaya salmaq lazımdır.

Sözügedən qanunda insanların itirəcəyi və ya onların hüquqlarının pozulmasına qarşı təhlükəli heç bir şey görmürəm. Sadəcə insanları maarifləndirmək lazımdır. Ev sahiblərinə də izah etmək lazımdır ki, kirayə verdiyi mənzilə müvəqqəti qeydiyyata düşən şəxsin icarə müddətində ona heç bir təhlükəsi yoxdur”.

Oğuz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Hamısı