Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-i saat 11:00-dan iyulun 31-i saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bunun üçün //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Bu barədə Ednews-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.