Yeni tikili binalarda bir mənzilin bir neçə nəfərə satılması halı artıq illərdir davam edir. Bu cinayətin qurbanı olan vətəndaşların sayı isə 5250 nəfərdir. Günü gündən bu say artır.
Vətandaşlar bu tələnin qurbanı olmamaq üçün nələrə diqqət etməlidir? Bunun həll yolu nədir? Nəzarət necədir bu məsələyə? Necə olur ki, bir mənzil bir neçə vətəndaşa satılır? Cinayət qurbanlarına nə kimi dəstək göstərilir?
Məsələ ilə bağlı Ednews-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, 90-cı illərin sonundan başlayaraq bu günə qədər iki mindən artıq bina tikilərək vətəndaşlara təhvil verilib. Bu illər ərzində bəzi fırıldaqçılar tərəfindən aldadılmış yetəri qədər insan vardır.
“Ümumiyyətlə baxdıqda mənzil satışı prosesində vətəndaşa alqı-satqı müqaviləsi təqdim edilir əgər vətəndaş pulu tam ödəyibsə maliyə arayışı da verilir. Hər hansısa müddətdən sonra binaya çıxarış verildiyi zaman vətəndaşlar həmin müqaviləni təqdim edərək öz mənzillərinə çıxarış ala bilirlər. Çox təəssüf olsun ki, aldadılan vətəndaşların sayı da artır. Onların bəzilərinin ödənişi geri qaytarılsa da böyük qismi hələ də məhkəmələrdədir. Bu cür hallarla bağlı heç bir reyestr aparılmır. Vətəndaş mənzillə marağlanərkən ona heç bir qurumdan rəsmi cavab verilmir. Çünki, bütün baza reyestrı mənzil satan şirkətin özündə olur. Bu prossesin qarşısının alınmasının yeganə yolu odur ki, müqavilələr rəsmi qrumlarda bağlanılsın təklikdə yox. Belə hallar baş verib və yenidən baş verilməsi qaçılmazdır. Dövlət tərəfindən tez-tez reyerstrlar aparılmalıdır. Hansı binanın çıxarışı var və ya yoxdur. Neçə mənzil, bina var. Bunlar davamlı edilsə o zaman fırıldaqçıların arzusunu həyata keçirməyə şansı qalmaz.“
Rübabə