Xaçmaz rayonunda iki gün əvvəl baş verən güclü leysandan sonra kəndlərin işıq problemi hələ də həll olunmayıb. Rayonun əksər yaşayış məntəqələri hələ də işıqsızdır. Üstəlik gecə saatlıarında və hazırda əsən külək problemi daha da gərginləşdirib.
Ednews-un "Azərişıq” ASC-nin Xudat şəbəkəsindən əldə etdiyi məlumata görə, ərazidə 11 ağac elektrik xəttlərinin üzərinə aşıb. Nəticədə ötən gecə bərpa edilən işıqlar yenidən sönüb.
Hazırda şəbəkənin əhatə etdyi 20 kənddə elektrik enerjisi yoxdur. Gün ərzində həmin kəndlərə enerji verilişi tam bərpa ediləcək