“Əgər sən erməniyə bir küçə adı belə vermirsənsə, onda niyə təklif edirsən ki...”

Cəmiyyət 22:46 11.10.2023

Millət vəkili Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:

- Qarabağda küçələrdən birinə erməni hüquq müdafiəçisi Georgi Vanyanın adının verilməsini təklif etdiniz.  Amma bu  təşəbbüsünüz ciddi müzakirələrə səbəb oldu. Təklifi verəndə bu cür sərt reaksiyaları gözləyirdinizmi?

- Bizim verdiyimiz təkliflə bağlı sərt yox, ağılsız və mənasız reaksiyalar verildi. İstər bəzi siyasi partiya təmsilçiləri, istərsə bəzi  jurnalistlər məntiqi əsaslandırılmamış fikirlər söylədilər. Biz konseptual bir neçə məqalə yazdıq və burada da erməni məsələsi ilə bağlı atacağımız addımları təklif etdik. Bu təklifdir, baxıb bunun əsasında fikir bildirə bilərsiniz, amma təkliflərin arasından birini – Vanyanın adına küçə verilməsini götürüb tək onun haqda danışmaq, savadsız formada, sifariş verilmiş üslubda qaralama kampaniyası aparmaq düzgün deyil. 

Biz təklifdə dedik ki, ermənilərin yaşadığı küçəyə sülhsevər bir erməninin adını verməliyik ki, islah olsunlar. Görsünlər ki, biz sülhsevər erməni ilə terrorçu ermənini fərqləndiririk. Əgər sən erməniyə bir küçə adı belə vermirsənsə, onda niyə təklif edirsən ki, ermənilər ora qayıtsın? İnteqrasiya üçün nələrsə təklif etməliyik, bunun da bir neçəsini mən dedim. Təkliflərim qaldı arxa planda, bəsit, ağılları ancaq küçə səviyyəsində düşünməyə çatanlar, yalnız küçə məsələsindən yapışdılar. Mən fikrimdə qalıram və israrlıyam.

- Bəziləri dedi ki, antiterror əməliyyatlarından çox qısa müddət keçib və şəhidlərin 40-ı hələ çıxmayıb...

- Şəhid adının spikulasiya edilməsi Azərbaycandakı çox böyük mənəvi düşüklüyün göstəricisidir. Şəhid hamımızın başının tacıdır və onların xatirəsini hər zaman uca tutmalıyıq. Amma bu o demək deyil ki, Azərbaycan heç bir problemini həll etməsin. Şəhidlərin 40-ı çıxmayıbsa, onda biz niyə dövlət səviyyəsində erməniləri çağırırıq ki, qayıtsınlar? Niyə onlara təminat veririk? Onda gözləyək şəhidlərin 40-ı çıxsın sonra edək də...

- Sizcə, bu təklifi səsləndirmək üçün bir müddət gözləmək olmazdımı?

- Bunu gözləyək, həmin vaxta kimi də ölkəmiz əleyhinə 10 qətnamə qəbul olunsun?! Biz bu təminatı verəndən sonra ölkəyə hücumlar dayandı, xaricdən gələcək olan sənədlər dayandı, hamısı masanın kənarında gözləyirdi. Şəhidlər məsələsini bura qatmağın nə mənası var?! Biz Qarabağı azad etmişik, qalib dövlətik. Qalib dövlət kimi məğlub olmuş, miskin vəziyyətdə olan erməninin xarici siyasətdə təzyiqlərini azaltmaq üçün təkliflərimizi verməliyik. Sabah erməni bələdiyyə seçkisi keçirəcək, biz şəhidlərin ruhunu əsas götürüb deyəcəyik ki, siz seçki edə bilməzsiniz? Yaxud onlar parlamentdə seçkilərdə iştirak etməlidir, deyəcəyik ki, yox gəlməyin? Belə məntiqsiz mülahizə olarmı? Sizə Qarabağın azadlığı lazımdır, yoxsa hansısa məsələdən həzz almaq? Biz həzzi Qarabağın azadlığından aldıq.

Cılız insanlar xırda məsələlərin üzərində düşünməklə, bu məsələlərə istiqaməti yönəltməklə Azərbaycanın gələcəyini gözləyən insanların təşəbbüsünün qarşısını alırlar. Bu nə deməkdir? Bir erməni bizim üçün çalışıb, bizim üçün ölübsə, onun haqqını verməyək? O qədər pis azərbaycanlı olub ki, xaricdə bizə daha da zərər verib. Biz pis azərbaycanlını nümunə gətirmirik ki, hər zaman yaxşını nümunə kimi göstəririk. Biz 5 milyonluq terrorçu xalqın içindən çıxan 1-2 ermənini sülhsevər obrazında verəndə bütövlükdə xalqa qarşı fobiya daşımadığımızı göstəririk. Heç olmasa, ölkə başçısının çıxışlarına baxın, öyrənin. Ölkə Prezidenti deyib ki, biz Qarabağdakı terrorçuları, separatçıları cəzalandırırıq, onları lənətləyirik, bizim sadə xalqla heç bir problemimiz yoxdur. Prezident şəhidi də, qazını də düşünür, amma o, eyni zamanda, dövlətin ali maraqlarını, ölkəyə qarşı edilən hücumların zərərsizləşdirilməsini də düşünür.

- Siz bu müzakirələrin sifarişli olduğunu düşünürsünüz?

- Belə vəziyyətdə populizmə, bu cür cılız, səviyyəsiz mövzu müzakirəsinə getmək açıq-aşkar sifarişli xarakter daşıyır. Biz nəyin hansı mənbədən gəldiyini yaxşı bilirik. Guya təklif bunların hamısının eyni vaxtda heysiyyatına toxundu... 

Burada fəlakətli heç nə yoxdur. Təkliflə razı deyilsənsə, de ki, mən bununla razı deyiləm. Bu, təhqir etmək, söyüş söymək üçün mövzudur?  Mən sadəcə təklif vermişəm. Özü də deyirlər ki, təklif Milli Məclisdə verilib. Mən Vanyanla bağlı təklifi Milli Məclisdə verməmişəm. Hamısı bu cür yazır, çünki sifariş gəlib ki, tənqid edin, onlar da heç yazını oxumadan başlayıblar tənqidə və təhqirə.  Bu, sifarişi yerinə yetirmək üçün atılan addımlardır, bunun hardan qaynaqlandığını da yaxşı bilirəm, amma biz Azərbaycanın ali mövqeyi üçün nə lazımdırsa, qaragüruha baxmadan ortaya qoyacağıq. Çünki vətənin məsuliyyəti onu düşünən insanların çiynindədir. Şəhidə də, qaziyə də ən çox dəyər verənlərin sırasında biz dayanırıq. Şəhidin adından sui-istifadə edib duyğu sömürüsü edərək Azərbaycanın zərbə altında qalmasına yol verəcək zehniyyətə sahib deyilik. Təklifdən sonra ağıllı adamların birindən belə irad eşitmədim. Onların hamısı dedi ki, bu, məntiqli, doğru istiqamətdə atılan addımdır.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Hamısı