Umud Mirzəyev: “Füzuli günü-gündən inkişaf edəcək”

Cəmiyyət 09:54 17.10.2023

Vətən müharibəsinin 21-ci günü - 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

“Füzuli bir açar idi və onun işğaldan azad olunması müharibənin sonrakı taleyini həll etdi. Hər kəs fərqində idi ki, artıq Azərbaycan Ordusunu dayandırmaq mümkün deyil, Silahlı Qüvvələrimiz qələbəyə doğru gedir”. 

Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Ednews-a danışarkən səsləndirib.  O, qeyd edib ki, bu gün münasibətilə hər kəsə təbrik payı düşür, ancaq ilk olaraq Ali Baş Komandanımıza və müzəffər Azərbaycan Ordusuna xüsusu təşəkkür etməliyik. 

“Bu əlamətdar günü Ölkə Prezidenti ilə birgə qeyd etdik. Cənab prezidentin başçılığı ilə Füzulinin ziyalıları, şəhid ailələri, ictimai xadimləri ilə görüş keçirilirdi. Prezidentimiz tarixi mesalar verdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əskəran və digər bölgələrimizlə bağlı mesajlar verdi. Xüsusən Xankəndini deyərdim. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. İnşallah bundan sonra gözəl günlər görəcəyik".

BAMF rəhbəri 2 il öncə Prezident İlham Əliyevlə görüşü də xatırladıb:

“Dövlətimizin başçısı təxminən 30 nəfərlik bir heyətlə Füzulinin yenidən qurulmasının təməlini qoydu. Füzulidə keçirilən təməlqoyma mərasimində iştirak etdiyim üçün özümü şanslı sayıram”. 

”Füzuli ən ağır döyüşlərin getdiyi məkan idi. Ermənilərin ən çətin keçilə biləcək səngərləri, dillər əzbəri olmuş “Ohanyan səddi” burada qurulmuşdu, hərbi birləşmələri daha çox bu istiqamətdə yerləşmişdi. Füzulini itirmək Ermənistanın terrorçu hərbi birləşmələrinin belinin qırılması demək idi. Ali Baş Komandanın da qeyd etdiyi kimi “Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq”. Məhz Füzuli bizi möhtəşəm Qələbəyə apardı”.

U.Mirzəyev 30 il ərzində ekoloji terrora məruz qalan Füzuli şəhərində hazırda böyük quruculuq işlərinin getdiyini, doğma torpaqlara yenidən gözəl günlərin qələcəyini də qeyd edib.

“Erməni separatçıları uzun illər şəhəri tamamilə viran ediblər, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar məhv edilib. Lakin Füzuliyə həyat qayıdır. Beynəlxalq hava limanı, Şuşaya çox rahat yol inşa edilib, işıq, su və digər infrastruktur layihələri həyata keçirilir. Bunların hamısı bir füzulili olaraq məni çox qürurlandırır. Bundan sonra da Füzuli günü-gündən  inkişaf edəcək. Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin təməlini qoyuldu. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunub. Bu tarixi hadisə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək. Füzulidə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Füzulilər, Nəsimilər, Nizami Gəncəvilər yetişdirəcək”.

U.Mirzəyevin sözlərinə görə, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb: 

“Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. ANAMA, Mina İcma Aksiya komandamızla birgə mina ilə bağlı işlərimiz, layihələrimiz davam etdirilir. İnşallah ki, torpaqlarımızı mina bəlasından təmizləyəcəyik”.

Oğuz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı