Nə az, nə çox, 31 il həsrətini çəkdiyimiz Laçındayıq. Daha torpaq, Həkəri həsrəti çəkmirik. Bir vaxt xəyalını qurduğumuz hər şey indi realdır. Laçın rayonuna səfərimiz zamanı maraqlı bir mənzərə ilə rastlaşdıq. Həkəri çayının sahilində illərdir Laçın həsrəti ilə yanıb-tutuşan laçınlıların balıq tutduqlarını görüb onlara qoşulmaq istədik.
Öyrəndik ki, balıq tutanlar sırasında təkcə laçınlılar deyil, Bakıdan gələn qonaqlar da var.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, Aytəkin Alxaslının Həkəri çayı sahilindən hazırladığı videoreportaı təqdim edirik: