30 noyabr-1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində "PAŞA Holding"in təşkilatçılığı və "PAŞA Həyat"ın dəstəyi ilə "InMerge Innovation Summit"i baş tutacaq.
Ednews xəbər verir ki, sammitdə "Apple" şirkətinin qurucularından Steve Wozniak, "Tesla"nın həmtəsisçisi JB Straubel və "Shazam" şirkətinin qurucusu Chris Barton kimi tanınmış şəxslər iştirak edəcək.
Eyni zamanda, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və başqaları da sammitə qatılacaq.
Bundan əlavə, summitdə ölkənin aparıcı şirkətlərinin rəhbər və nümayəndələrinin, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq.