"İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturun yaradılması, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası, struktur qurumlarda sənədlərlə işin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun aparılma vəziyyəti, sənədlərin icra müddətinə ciddi nəzarət edilməsi, vətəndaşların müraciətlərinə baxılması və cavablandırılması, sənədlərin müvafiq işlərə tikilməsi və arxivləşdirilməsi, mətbəə formalarına dair sifarişlərin hazırlanması, təyinatı üzrə istifadə olunması məsələlərinə toxunaraq bu sahələrdə daha məsuliyyətli, tələbkar və diqqətli olmağın vacibdir".
Ednews xəbər verir ki, bu bardə Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı əsasında Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının üzvləri ilə keçirilən təlim toplantıları zamanı bildirilib.
DSX Akademiyasında Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə və hissələrinin sənədlərlə iş sahəsi üzrə çalışan əməkdaşları, Dövlət Sərhəd Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı əsasında Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının üzvləri ilə iki günlük təlim toplantıları keçirilib.