Daşkəsəndə internetin verilməsində yaranan fasilə aradan qaldırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, internetin verilməsində yaranmış problem artıq həll olunub.
Qeyd edək ki, internetdə yaranmış problemə yol-nəqliyyat hadisəsi səbəb olub.
Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon ərazisində yük maşının idarəetmədən çıxaraq maneə çırpılaraq aşması nəticəsində avtomobil yolunda qismən çətinlik yaranıb.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və bir müddətdən sonra avtomobillərin hərəkəti tam bərpa olunub.
Yük maşının iştirakı ilə başvermiş yol-nəqliyyat hadisəsi zamanı Daşkəsən ərazisində internetin verilməsində də problem yaranıb. Belə ki, qəza baş verdiyi ərazidə ötürücü qurğu da zərər görüb.