Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində ölənlərin içərisində yüksək rütbəli erməni hərbçilər də olub.
Ednews xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, onlardan bəziləri hərbi hissənin komandir müavini, bəziləri peşəkar xüsusi təyinatlı, bir çoxu isə Azərbaycana qarşı başladılan işğalçı müharibədə iştirak edərək medallarla təltif olunanlardır.