Umud Mirzəyev: “BAMF daima BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq yeni təşəbbüslərlə çıxış edir”

Cəmiyyət 11:52 06.12.2023

“Bu gün dünyamızı narahat edən və qlobal problemə çevrilən əsas məsələlərdən biri ekoloji təhlükəsizliyin və tarazlığın bərpası və çirklənmənin artmasıdır. Müasir dünyamızda, qlobal ekoloji böhran şəraitində isə iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması artıq ən vacib məqamlardan birinə çevrilib”. 

Ednews xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumundakı çıxışında bildirib. 

“Bununla bağlı Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun BAMF-ın da dəstəklədiyi və elçiliyini etdiyi “3 Sıfır” - Sıfır karbon emissiyası, sıfır yoxsulluq, sıfır işsizlik konsepsiyasını uğurlu nümunə kimi qeyd edə bilərəm. Göründüyü kimi burada üç əsas komponentdən biri atmosferdə olan karbon emissiyasını sıfıra endirməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Çox təəssüf ki, Azərbaycanda ekoloji çirklənmənin əsas mənbəyi konfliktlərdən qaynaqlanır və biz Azərbaycan xalqı olaraq son 30 ildə ekoloji çirklənmənin və terrorun ən sərt üzünün şahidi olmuşuq. 30 il işğal altında olan torpaqlarımızda səngərlər qazılmış, 900-dən artıq yaşayış məntəqəsi xarabazarlığa çevrilmiş, 150.000-dən çox ev yandırılmış, talan edilmiş, minlərlə binalar, tarixi abidələr, qəbiristanlıqlar dağıdılmışdır. Bütün bunlarla yanaşı meşələr, tarlalar, yaşıllıqlar qəsdən yandırılmış, torpaq qatı və ekosistem zərərli çöküntülərlə məhv edilmişdir. Ən dəhşətlisi isə budur ki, həmin ərazilərdə nəinki kənd təsərrüfatı inkişaf etdirilməyib, əvəzində münbit torpaq qatı sıradan çıxarılıb və minalarla çirkləndirilib. Bu isə artıq ekoloji terror olmaqla yanaşı həm də mina terrorudur və beynəlxalq cinayətdir. Hansı ki, müharibə bitsə də bu gözəgörünməz düşmən bizimlə öz mübarizəsini davam edir. Təbiətlə yanaşı sivil insanlar da zərər görür və həyatlarını itirir”. 

U.Mirzəyevin sözlərinə görə, hər zaman cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində çoxsaylı layihələrə imza atan Beynəlxalq Avrasiya Mətbuat Fondu 2000-ci ildən Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas QHT partnyorlarından biridir:

“BAMF-ın bazasında fəaliyyət göstərən İcma Mina Aksiyası komandası son 20 ildə 1800-dən çox piyada əleyhinə, 1300-dən çox tank eləyhinə mina, 14200-ə yaxın partlamamış hərbi sursat olmaqla ümumilikdə on iki min hektardan artıq ərazini təmizləyərək son istifadəçiyə təhvil vermişdir. Biz bu illər ərzində demək olar ki, hər gün ağlasığmaz və dəhşətli mənzərələrlə qarşılaşmışıq. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra irəlilədiyimiz hər qarış torpaqda bu problemin hərtərəfli mənfi təsirlərini görmüşük və ən yaxınımızda hiss etmişik. Heç kəsə sirr deyil ki, mina və hərbi sursatlarla çirklənmənin ekosistemə vurduğu ziyanın miqyası da həddindən artıq çoxdur. Məhz elə buna görə də ölkəmizdə bu problemin həlli üçün maksimum resurslar səfərbər olunub.  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi öz tərəfdaşları ilə birlikdə çox böyük səylə çalışmaqdadır. İndi Azərbaycan qadını da Azərbaycan kişiləri ilə birlikdə mina aksiyasınada fəaliyyət göstərirlər. Cari ilin iyun ayında Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, ABŞ Dövlət Departamenti və ANAMA-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Azərbaycanda ilk dəfə qadınlardan ibarət minaaxtaran komandası yaradılmışdır. Hazırda həmin layihə çərçivəsində mina aksiyası üzrə ixtisaslaşmış dünyaca məşhur Minalar üzrə Məsləhət Qrupu (MAG) və APOPO təşkilatı ilə əməkdaşlıq edirik. İnanırıq ki, Azərbaycan qadınları ölüm toxumları ilə çirklənmiş torpaqlarımızım təmizlənməsi yolunda öz üzərinə götürdükləri bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcəklər”. 

BAMF hər zaman ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində çoxsaylı təşəbbüslər irəli sürmüş və layihələr, tədbirlər həyata keçirmişdir deyə fikirlərinə davam edən U.Mirzəyev qeyd etdi ki,  dəfələrlə BMT ofislərində, beynəlxalq auditoriyalarda UNEP, Davamlılıq üzrə Şimal Alyansı - ANPED, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu (GIWEH) və s. digər nüfuzlu təşkilatlarla birgə tədbirlər, paralel sessiyalar, konfranslar təşkil etmişik:

“Hazırladığımız hesabatlar, yayımladığımız video və bəyanatlar  beynəlxalq səviyyədə dəstək görmüşdür. Xüsusilə, illər öncə Davamlılıq üzrə Şimal Alyansı – ANPED ilə birgə “Post-2015 və davamlı inkişaf məqsədləri” mövzusunda keçirdiyimiz beynəlxalq seminarı və hazırladığımız hesabatları qeyd etmək istərdim.  Təşkilatımız daima BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq çalışan və ona uyğun olaraq layihələr icra edən beynəlxalq QHT kimi yeni təşəbbüslərlə çıxış edir. BAMF əməkdaşlıq etdiyi və anlaşma memorandumu imzaladığı ABŞ-ın “Roots of Peace” təşkilatı ilə birlikdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə mina probleminin də 18-ci məqsəd kimi əlavə olunması istiqamətində sürəkli fəaliyyət göstərir.  Ötən il “Roots of Peace” və BAMF   birlikdə BMT-nin baş katibi Antonio Gutyereşə bununla bağlı birgə məktub ünvanladı. Biz hər zaman çıxışlarımızda, bəyanatlarımızda mina probleminə xüsusi diqqət ayırır və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları 18-ci DİM in qəbul olunmasına dəstək olmağa, çağırırıq. Bu il Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında Azəbaycan prezidentinin də 18-ci DİM-lə bağlı təşəbbüslə cıxış etməsi və üzv dövlətləri həmrəylik nümayiş etdirməyə səsləməsi bizi daha da həvəsləndirir. 

Mən burada vətəndaş cəmiyyəti təşkilatının nümayəndəsi kimi mənim üçün ayrılan çıxışdan istifadə edərək bir daha beynəlxalq təşkilatları, QHT-ləri, hökümətləri və ölkə rəhbərlərini minasız həyat naminə birləşməyə və addımlamağa çağırıram.  Unutmaq olmaz ki, dünya hər birimizin evidir. Biz eyni yerin üstündə, eyni göyüzünün altında yaşayırıq. Onu qorumaq dinindən, dilindən, irqindən, cinsindən, yaşadığı coğrafiyadan asılı olmayaraq, hər bir kəsin borcudur. Sizləri sağlam ətraf mühit və minasız həyat üçün bir yumruq kimi birləşməyə səsləyirəm!”

Oğuz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
Hamısı