“Hər il hərbi cinayətlərin ən azı 98-99 faizinin üstü açılır”.
Ednews xəbər verir ki, bu fikirləri hərbi prokuror Xanlar Vəliyev Fəxri Xiyabanda jurnalistlərə açıqlama verərkən deyib.
“Ölüm hadisələri ilə və intiharla bağlı işlərin 100 faizinin üstü açılır. Göstəriş vermişəm ki, hər bir ölüm halı ilə bağlı cinayət işi açılsın. Hərbi elə sahədir ki, orada çətinliklər çoxdur. Hamısı cavan oğlanlardır, bir söz onlar üçün böyük bir problem yaradır”, - deyə Xanlar Vəliyev bildirib.