“Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək”.
Ednews xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur.