Quba və Qusarın rayon mərkəzlərinə bu gün səhər saat 9.10-dan başlayaraq qar yağmağa başlayıb və havanın temperaturu 0 dərəcəyə düşüb.
Quba Ərazi Hidrometeologiya müəssisəsindən Ednews-a rayonun digər ərazilərində yağıntının hələlik müşahidə edilmədiyi bildirilib.
Bölgədə havanın dəyişəcəyi gözlənilir.