Gənc aşpaz usta yanında şagirdlik proqramı fürsətindən yararlanır

Cəmiyyət 12:48 29.12.2023

Kulinariya həvəskarları nəslindən olan 20 yaşlı Rəvan Əhmədovun kulinariya həvəsi hələ gənc yaşlarında atasının məharətlə ləzzətli yeməklər hazırlamasını müşahidə edərkən yaranıb. Atası kulinariya ixtisası peşə təhsilini fərqlənmə diplomu ilə bitirmiş və özünü kulinariya sənətinə həsr etmiş, kənd məclislərində peşəkar aşpaz kimi xidmət göstərmişdi.

Ednews xəbər verir ki, bu irsdən ilhamlanan Rəvan rəsmi təhsil almağa can atır və peşəkar aşpaz kimi atasının yolunu davam etdirməyi qərara alır. Lakin maliyyə çətinlikləri onun xəyallarını gerçəkləşdirməsinə əngəl olur.

90-cı illərin əvvəllərində Şuşa şəhərindən Yevlax rayonuna məcburi köçkün kimi gəlmiş ailəsini dolandırmaq məsuliyyətini çiyinlərində hiss edən Rəvan bir çox işlərin öhdəsindən gəlir, o cümlədən yeniyetməykən dərs saatlarından sonra və tətillərdə ofisiantlıq edir.

Çox gərgin gündəlik qrafikə, o cümlədən iş üçün uzaq məsafələr qət etməsinə baxmayaraq, Rəvan kulinariya aləmini özü üçün kəşf etmək niyyəti ilə hər fürsətdən yararlanmağa çalışır. O, ofisiant işləyərkən tərəvəz doğramağın incəliklərini və kabab hazırlamaq sənətini öyrənmək üçün aşpazları səylə müşahidə edir. Bütün bunlarla yanaşı, o, ümumi orta təhsilini başa vurur və musiqiyə olan həvəsini davam etdirərək musiqi məktəbində qarmon çalmağı öyrənir.

2023-cü ilin aprel ayında “Məcburi köçkün icmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin qəsəbədə icra olunmağa başlaması Rəvanın həyatında dönüş  nöqtəsi olur. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi həyata keçirdiyi layihənin məqsədi Azərbaycan Hökumətinin “Böyük Qayıdış” proqramında iştirak edən məcburi köçkünlərin üzləşdiyi problemləri həll etmək və “Usta yanında şagird hazırlığı” təşəbbüsü çərçivəsində gənc mütəxəssislər üçün yeni məşğulluq imkanları yaratmaqdır.

İcma İnkişaf Mərkəzinin lideri, qəsəbə sakini Sərvər müəllim bu layihə barədə Rəvana məlumat verir. Mövcud imkandan xəbər tutan Rəvan həvəslə hazırlaşır və müraciət edir. Qəsəbədəki çoxsaylı müraciət edənlər arasında Rəvanın kulinariya sahəsinə olan həvəsi və böyük marağı onun seçim komissiyası tərəfindən üç aylıq kulinariya kursuna qəbul olunmasına kömək edir.

Rəvan usta yanında şagird hazırlığı kursu çərçivəsində həftədə 3 gün peşəkar aşpaz tərəfindən keçirilən hərtərəfli nəzəri və praktiki kursda iştirak edir və Yevlax KOBİA tərəfindən təşkil olunan “Biznes planın hazırlanması” və “Sahibkarlığa giriş” təlimlərini uğurla başa vurur. Usta yanında şagird hazırlığı başa çatmadan Rəvan Yevlax şəhərində məşhur restoranların birindən iş təklifi alır və bu onun kulinariya sənətinə yiyələnmək yolunda mühüm mərhələ olur. O, hal-hazırda da həmin restoranda baş aşpaz köməkçisi kimi çalışır.

Rəvan, əvvəlcə şagirdlik üçün seçiləcəyinə şübhə etdiyini bildirir: “Seçimin nəticəsini səbirsizliklə gözləyərkən mən güman edirdim ki, kulinariya sahəsinə müraciət edən gənc xanım namizədlərin şansı daha çoxdur. Nəticələr açıqlananda qəbul olunmağım barədə xəbərə inana bilmirdim. Hiss etdiyim hədsiz sevinci təsvir etmək mümkün deyil, çünki bu kurs mənim üçün əlavə təhsil almaq və təlim keçmək üçün əvəzsiz bir imkan yaradırdı”.

Rəvan şagirdlik kursunun faydası barədə fikir bildirərək belə deyir: “Bu, mənim peşəkar bacarıqlarımı təkmilləşdirməklə yanaşı, məndə risk almaq bacarığını da aşıladı. Ailə məsuliyyətlərimi balanslaşdırmaq və xəyallarıma doğru irəliləmək mümkün oldu. İşlədiyim restoranda iş qrafikinin gərgin olmasına baxmayaraq, həftədə üç gün və üç saat təlim kurslarında iştirak kulinariya bacarıqlarımın artırılmasında çox faydalı oldu”.

Rəvan atasının doğulduğu məkana qayıtmaq imkanı barədə də həvəslə danışır: “Ailəmlə Şuşaya qayıtdıqdan sonra təhsilimi davam etdirmək və peşəkar aşpaz kimi yüksəlmək niyyətindəyəm. Mənim ən böyük arzum Şuşada müasir standartlara cavab verən iaşə müəssisəsi yaratmaqdır”.

 

Hazırlayanlar:

Elsevər Ağayev, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə baş müşaviri 

Aynur Tağıyeva, “Ümid” Sosial Inkişafa Dəstək İctimai Birliyinin informasiya meneceri

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Hamısı