Ərşad Hüseynov: “Bakı şəhəri üçün 45 stansiya çox azdır”

Cəmiyyət 11:45 08.01.2024

Xəbər verdiyimiz kimi, Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.

Proses tezliklə başlayacaq? Tramvay və metrobus nəqliyyat vasitələrinin olması tıxac problemlərini aradan qaldıracaq?

Məsələ ilə bağlı Ednews-a açıqlamasında nəqliyyat üzrə eksper Ərşad Hüseynov bildirdi ki, Baş plan kağız üzərində yazılmış bir şeydir. Kağız üzərində hər şey yazıla bilər. Əsas məsələ orada yazılanları həyata keçirməkdir: 

“Baş planda nəqliyyatla, infrastrukturla bağlı məsələlərə diqqət yetirəndə görürük ki, qeyd olunanlar realdır. Həyata keçirməsi mümkün olan məsələlərdir. Çünki Bakı kimi şəhərlərdə bunu çoxdan və kifayət qədər qısa müddətdə reallaşdırırlar. Amma baş planda yazılanlar 16 illik müddətdən söhbət gedir. Həyata keçiriləcəyinə qalsa bu praktikda görüləcək işlərdən asılıdır. Burada da bir neçə istiqamət var. Ən vacibi investisiya məsələləridir. Ümid edək ki, Nazirlər Kabineti bu planı təsdiq edəndə arxasında iqtisadi əsaslandırmalar da olub. Kifayət qədər təşkilati, texniki və.s məsələlər də olub. 16 illik müddətdə orada icra olunanlara nə qədər sərmaye lazımdır, o sərmayelər hansı mənbələrdən alınacaq və necə istifadə ediləcək. Əgər bu proseslər yaxşı hesablanıbsa və planda göstərildiyi kimi icra olunsa nəqliyyat məsələlərində işlər yaxşı olacaq. Şəhərin baş planında elə şeylər var ki, onların yaradılması üçün özəl biznes cəlb olunmalıdır və cəlb olunacaq da”. 

Ekspert qeyd etdi ki, tramvay xəttləri açılacaq, tıxaclar həll olunacaq, məsələsi deyil: 

“Tramvay xəttləri, metrobus da düzəldilmədi. Mövcud metro şəbəkəsi ciddi surətdə və dəfələrlə genişləndirilməlidir. 2040-ci ilə qədər cəmi 46 stansiyaya çatdırmaq istəyirlər, amma Bakı üçün bu rəqəm çox azdır. Avropada, Yaponiyada, Çində 200-dən çox stansiya var. Bizdən 5 dəfə artıqdır. Bütün bunlar hamısı paralel yerinə yetirilə bilsə onda irəliləyiş görə bilərik. Bu prosesə tezliklə başlanılmalıdır. Sərmayelər qoyulmalı, işlər görülməlidir. Cəmiyyət görməlidir ki, artıq uzağa perespektivə hesablanmış addımlar atılır”. 

Oğuz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Hamısı