Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Ednews xəbər verir ki, məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O qeyd edib ki, ötən dövr ərzində bir kanalın fəaliyyətinin dayandırılması ilə bağlı əvəzlənmə edilməsi məsələsi gündəmə gəlib.
Qərar layihəsinə əsasən, fəaliyyəti dayandırılmış “Lider” telekanalı “ARB 24” telekanalı ilə əvəzlənib. Qərar layihəsi səsə qoyularaq qəbul edilib.