Perinatal Mərkəzində baş verən faciə Bakı Dövlət Sirkində də təkrarlana bilər — Həyəcan təbili...

Cəmiyyət 10:21 10.01.2024

Bakı Dövlət Sirki insanların həyatı üzərində sözün gerçək mənasında “sirk” çıxarır. Söhbət səhnələşdirilən sirkdən yox, sirk binasının təhlükəsizliyindən gedir. 

Ednews  “demokrat.az”a istinadən xəbər verir ki, ötən gün Respublika Perinatal Mərkəzində baş verən yanğın binalarda təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirdi və diqqətləri ilk növbədə Bakı Dövlət Sirkinin üzərinə yönəltdi. 

Birincisi, Sirk binasında təhlükəsizlik standartlarına əməl edilmir. 

İkincisi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sirkinə tədbirlərin keçirilməsinin təhlükəli olduğu haqda rəsmi xəbərdarlığı var. 

Bu iki amil Bakı Dövlət Sirkinin təcili şəkildə yenilənməli olduğunu aktuallaşdırır və bütün təhlükəsizlik tədbirləri həyata keçirilmədən heç bir tədbirin keçirilməməsini zəruri edir... 

Artıq illərdir ki, Bakı Dövlət Sirkində heç bir təhlükəsizlik tədbirinə əməl edilmədiyinə dair məlumatlar mətbuatda və sosial şəbəkələrdə mütəmadi olaraq yayılır. İddialara görə, Bakı Dövlət Sirkində nə yanğından mühafizə təhlükəsizliyi var, nə də binanın ümumi təhlükəsizliyi yerindədir. Misal üçün, sirk meydanında tamaşaçıların təhlükəsizliyinin qorunmaması bəlli məsələdir, lakin bu məsələ daim gündəmə gəlsə də, heç bir tədbir görülməyib. Bu hələ kiçik məsələdir. Əsas problem insanların tamaşa üçün toplaşdığı Sirk binasının başdan-ayağa təhlükəli vəziyyətdə olmasıdır.  

FHN bununla bağlı dəfələrlə rəsmi səviyyədə xəbərdarlıq edib. Amma Bakı Dövlət Sirkinin rəhbərliyi “üç meymunu” oynayır, təhlükəni nə görmək, nə eşitmək, nə də dilə gətirmək istəmir. Belə demək mümkünsə, hər şeyi qulaqardına vurur. 

Heç kim zəmanət verə bilməz ki, tamaşanın göstərildiyi vaxt bina uçmayacaq, yaxud yanğın baş verməyəcək. Buna heç Sirkin rəhbərliyi də zəmanət verə bilmir. 

Sual yaranır: gərək Respublika Perinatal Mərkəzindəki kimi yanğın baş versin, yaxud hansısa faciə yaşansın, ondan sonra Sirk binasının təhlükəli vəziyyətdə olduğu gündəmə gəlsin?!  

Axı Bakı Dövlət Sirkinin təhlükəli vəziyyətdə olduğu rəsmi səviyyədə də təsdiq olunub, mediada mütəmadi olaraq yazılır. 

Bu gün bütün ölkə Respublika Perinatal Mərkəzində baş vermiş yanğında həlak olan körpələri müzakirə edir. Halbuki, Perinatal Mərkəzin binasında yanğın təhlükəsizliyi ilə bağlı problemlərin olduğu daha əvvəl də gündəmə gəlmişdi.

Əgər zamanında bu məsələlərə diqqət edilsəydi, məsuliyyətli yanaşılsaydı, bu gün 4 körpənin ölümünə səbəb olan yanğın da baş verməzdi.

Burada əsas səbəb paytaxtda bir çox binanın təhlükəli vəziyyətdə olmasıdır. Onlardan biri Perinatal Mərkəzdirsə, digəri də Bakı Dövlət Sirkidir. Birində artıq faciə baş verdi, digərində - Bakı Dövlət Sirkində eyni faciənin yaşanmaması üçün təcili tədbir görülməlidir. Əks təqdirdə, bizə qalan yalnız faciənin baş verməsindən sonra danışmaq olacaq. 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Hamısı