"Mütəmadi olaraq pensiyalar artırılır. Minimum pensiyanın bu il də artırılacağı gözlənilir".
Ednews xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək:
"Pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir", - deyə DSMF sədri vurğulayıb.