Xəbər verdiyimiz kimi, dünəndən başlayaraq Azərbaycanın Xankəndi şəhərinə qar yağıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Ednews xəbər verir ki, fotoların birində hava şəraitindən asılı olmayaraq şəhərin küçələrində xidmətini davam etdirən polis əməkdaşı pişiyə yemək verir.
Bu anı özündə əks etdirən foto isə böyük marağa səbəb olub.
Qeyd edək ki, Xankəndi şəhəri ötən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra erməni işğalından azad edib.