Şəkidə dörd nəfər dəm qazından zəhərlənib.
Ednews-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Məzahir Abbasov küçəsində qeydə alınıb.
Belə ki, ötən axşam mənzillərdən birində kirayə qalan 33 yaşlı Ələsgər Cəfərov, 64 yaşlı Fərahim Muradov , 43 yaşlı Zöhrab Hənifəyev və 32 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata əsasən Ələsgər Cəfərovun vəziyyətinin orta-ağır digərlərinin isə sağlamlıq durumunun kafi olduğu bildirilir.
Bu gün vəziyyətləri kafi olan üç nəfərə növbəti tibbi yardım göstərilərək evə buraxılıb. Ələsgər Cəfərovun isə hazırda müalicəsi davam etdirilir.
Ailədə Şəkidə özəl sahibkarlıq sahəsində çalışdığı və kirayədə yaşadığı bildirilir.