Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib - YENİLƏNİB

Cəmiyyət 19:41 15.01.2024

Yanvarın 15-də Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Ednews xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanını ziyarət edən gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini anıblar.

Andiçmə mərasimindən əvvəl Ümummilli Liderin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsini ehtiramla yad edilib.

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev ötən ilin ölkədə “Heydər Əliyev İli” elan olunmasının, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü iliyinin yüksək tarixi əhəmiyyətə malik olduğunu, bununla yanaşı, Ulu Öndərin irsini öyrənməyin, təbliğ etməyin və ondan faydalanaraq gələcək nəsillərə çatdırmağın dövlətimizin qarşısında duran vacib məsələlərdən biri olmaqla, yalnız “Heydər Əliyev İli” çərçivəsində deyil, bütün dövrlərdə mühüm əhəmiyyət kəsb etdiyini deyib. “Heydər Əliyev İli” çərçivəsində digər dövlət qurumları kimi prokurorluq orqanları tərəfindən də, dahi liderin mənalı həyatı və Azərbaycanın parlaq gələcəyinə yönəlmiş mükəmməl, çoxşaxəli fəaliyyətindən bəhs edən silsilə təbirlərin, o cümlədən müxtəlif konfrans, dəyirmi masa, görüş, açıq qapı tədbirlərinin və sair təşkil olunduğunu, film çəkildiyini və nəşrlər çap edildiyini bildirib.

Qeyd olunub ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı və gələcəyə hesablanmış məqsədyönlü tədbirlər müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlayıb.

Baş prokuror bildirib ki, Ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq müsabiqələr yolu ilə qulluğa qəbul keçirilir.

Qeyd olunub ki, həmin Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 2023-cü il aprelin 11-də Baş Prokurorluq tərəfindən elan edilmiş 25-ci müsabiqənin nəticələri üzrə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 52 gənc hüquqşünas qulluğa qəbul edilib.

Xüsusi qeyd edilib ki, qulluğa qəbul olmuş gənclərdən 3-ü Vətən müharibəsinin iştirakçısı olmaqla prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər. Eyni zamanda, qeyd edilib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 4 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 21 Vətən müharibəsi iştirakçısı qulluğa qəbul olunub. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə elan edilmiş müsabiqədə uğur qazanıb.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içib və onlara Baş prokuror Kamran Əliyev tərəfindən xidməti vəsiqələr təqdim olunub.

Çıxış edən ADA universitetinin rektoru, professor Hafiz Paşayev işə qəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlət müstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində xüsusi yerə malik olduğunu bildirib.

Vurğulanıb ki, ADA Universiteti və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında imzalanmış birgə əməkdaşlıq haqqında memorandumun icrası uğurla davam etdirilir.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Aytac Əkbərova, Murad İsgəndərov və Vətən müharibəsinin iştirakçısı Orxan Məmmədov çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə öz minnətdarlıqlarını bildirib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarına uğurlar arzulayıb, onların prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əminliyini ifadə edib.

***
Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilir.

Bu barədə Ednews-a Baş Prokurorluqdan bildirilib.

Tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları ilə yanaşı fəxri qonaq qismində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev iştirak edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
İlham Əliyevin Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxışının TAM MƏTNİ
14:35 04.07.2025
Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir
14:30 04.07.2025
"Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
14:29 04.07.2025
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
14:15 04.07.2025
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
14:00 04.07.2025
Prezident İlham Əliyev və Pakistanın Baş Naziri Xankəndidə görüşdü
13:55 04.07.2025
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
13:45 04.07.2025
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
13:20 04.07.2025
Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:01 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
Hamısı