İndi Davosa gedənlər Azərbaycana gəlirlər. Prezident ora niyə getsin ki? - Yunus Oğuz

Cəmiyyət 16:47 16.01.2024

Beşinci kolon təxribatlarını aktivləşdirib

"Artıq prezident seçkiləri təbliğat və təşviqat mərhələsinə qədəm qoyub. Bununla əlaqədar olaraq beşinci kolon aktivləşib. Hazırda təxribat təxribat ardınca gəlir". "Olaylar xəbər verir ki, bunu siyasi şərhçi, "Olaylar" qəzeti və eyni adlı Agentliyin baş redaktoru,  yazıçı-publisist Yunus Oğuz  deyib: "Hər gün bir təxribatın şahidi oluruq. Paytaxtda mebel  sexinin yanması və  orada insan ölümünün qeydə alınması, Sumqayıtda binada partlayış, bir necə gün öncə Respublika Perinatal Mərkəzində yanğının baş verməsi təsadüfi hesab edilə bilməz. Xatırladım ki, 2018-ci il prezident seçkilərinin əvvəlində də eyni ssenari həyata keçirilmişdi. O vaxt da Mingəçevir və Sumqayıtda yanğınlar oldu, Gəncə hadisələri baş verdi. Deməli, prezident bilirmiş ki, seçkilər bir il sonraya saxlanılsa nələr ola bilər. Digər tərəfdən də ölkə yeni dönəmə qədəm qoyub. Ona görə də prezident seçkiləri irəli  çəkilib. Amma beşinci kolon seçkilərin irəli çəkiləcəyini  gözləmirdi. Bəlkə də seçkilər 2025-ci il də keçirilsəydi, böyük miqyasda təxribatlar hazırlaya, nəticədə ölkəni qarışdıra bilərdilər. Prezident bunu gördü və seçkiləri fevral ayına təyin etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanı, Azərbaycan prezidentini sevməyən dövlətlər ölkəmizdə təxribat törətməyə çox meyillidirlər. Buna xüsusi hazırlaşırdılar, lakin indi çatdıra bilmirlər. Ona görə də hələ ki, xırda təxribatlar törədirlər".

 
Ednews xəbər verir ki, Y.Oğuz Olaylar.az  qeyd edib ki, əslində belə təxribatlar prezident seçkilərinə təzyiq və təhdiddir: "Həm də prezident seçiləcək adama və indiki prezidentə təhdiddir. Bizim prezident beynəlxalq aləmdə də kifayət  qədər tanınmış liderdir. Apardığı siyasət isə dövlətin maraqlarına hesablanıb. Başqa dövlətlərin maraqlarını Azərbaycana buraxmır. Azərbaycanda marağı olan dövlətlər demək istəyirlər ki, seçkilərin sakit keçirilməsini istəyirsənsə, mənim iqtisadi maraqlarımı təmin elə, geosiyasi maraqlarımı qəbul et. Çünki, geosiyasət iqtisadi maraqlar üzərində qurulur. İndi dünya bir-birinə qarışıb, belə bir şəraitdə bizim üçün seçkilərin keçirilməsi çox əlverişlidir.

Məsələn, İran İŞİD-i vurdu, guya ki, İŞİD-i Amerika yaradıb, ona görə vururam. Əslində Yaxın Şərqdə qazan qaynayır. Bunun da Azərbaycana təsiri ola bilər, amma biz bundan yan keçə biləcəyik. Yəni, qaynayan qazanın içinə  düşməyəcəyik. Baxmayaraq ki, artıq qaynar qazana düşən dövlətlər var, hələ də anlamırlar hara düşüblər. Qazanın altı çırta-çırt yanır, qazan da pıqqa-pıq qaynayır. Görüntülər ondan ibarətdir ki, belə bir şəraitdə nə Rusiya-Ukrayna müharibəsi, nə də İrana təhdidlər dayanacaq. Hazırda İsrail demək olar ki, yaddan çıxıb, HƏMAS gündəmdə deyil, əsas məsələ Qırmızı Dəniz uğrunda mübarizədir".

Siyasi şərhçi xüsusilə vurğulayıb ki, dünyada baş verən proseslər biz deyənə gəlib  çıxır: "Artıq dünyanın geosiyasəti dəyişir. Yeni geosiyasətdə də Azərbaycanın xüsusi yeri olacaq. Bu, o deməkdir ki, yeni dönəm təkcə Azərbaycan üçün deyil, həm də dünya geosiyasəti üçün yaranıb. Məsələn, Azərbaycan Prezidenti Davosa getmədi, niyə də getsin ki? Artıq Davosun bütün nümayəndələri Azərbaycana gəlib prezidentlə danışıqlar aparır. Bax, hazırda liderin gücü budur. Kim nə istəyirsə gəlir Azərbaycana, danışıqlar aparır, müqavilələr bağlanır. Azərbaycan da baxır ki, döst ölkədirsə, qucaq açır, dost deyilsə, siyasi və diplomatik vasitələrlə yola salınır. Davosa qoy Paşinyan getsin, Makronla görüşsün. Maraqlı bir situasiya yaranıb ki, Davos üzvləri danışıqlar aparmaq üçün Azərbaycana gəlirlər. Bu isə Azərbaycan dövlətinin, onun prezidentinin dünyadakı nüfuzunun göstəricisidir".  

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı