Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadə (Orxan) Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilib.
Ednews xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov sosial şəbəkələrdə paylaşım edib.
Qeyd edək ki, Rəhman Orxana Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.