Şəhid polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev bacısı Gülnarə Mirzəyevanı İngiltərədə magistr pilləsini başa vurması ilə bağlı təbrik edib.
Ednews xəbər verir ki, E.Mirzəyev sosial şəbəkə hesabında bacısının şəklini paylaşaraq təsirli sözlər yazıb:
“Təbrik edirəm bacı! Uğurların hər zaman bol olsun. İnanıram ki, ata bizdən xəbərdardır və bizimlə qürur duyur. Onun arzularını müvəffəqiyyətlə yerinə yetiririk! Qürur duyuram səninlə və unutma ki, sənin üstündə atanın kölgəsi, yanında ailən dayanıb”.
Qeyd edək ki, Gülnarə Mirzəyeva İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini başa vurub.