Gəncədə 62 yaşlı piyadanı hərəkətdə olan avtomobil vurub.
Ednews-un məlumatına görə, avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Aybəniz Rəhimovanı vurub.
Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.