Biləsuvar rayonunda qarlı hava şəraiti ilə bağlı iki yol-nəqliyyat qəzası baş verib.
Ednews xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes sprinter" markalı yük avtomobili və "Nissan X-trail" markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.
Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və maşınlar oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.
Hadisələr nəticəsində bir nəfər yüngül xəsarət alıb.