Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzlərinin region səfərləri davam edir.
Ednews-un verdiyi xəbərə görə, İctimai Şuranın üzvləri Tərtər rayonunda bir sıra görüşlər keçiriblər. Minadan zərər çəkənlər və ailə üzvləri ilə görüşülüb, onların həyat şəraiti və problemləri ilə maraqlanıblar.
Görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb.
Bir çox məsələlərlə bağlı Şuranın üzvləri müvafiq dövlət qurumları ilə əlaqə yaradaraq minadan zərər çəkənlərin problemlərinin həlli ilə bağlı konkret addımlar atıblar.
Xatırladaq ki, BAMF prezidenti, ANAMA yanında İctimai Şuranın rəhbəri Umud Mirzəyev, Şuranın sədr müavini Emil Həsənov, Şuranın katibi Hafiz Səfixanov, üzvlər Hafiz Əzimzadə və jurnalist Rey Kərimoğlu regionda səfərdədirlər.