Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.
Ednews xəbər verir ki, geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.