Ağalı kəndində məntəqə üzrə ən yaşlı sakin 95 yaşlı Bənövşə Nuriyevadır.
Ednews xəbər verir ki, bunu “report.az”a açıqlamasında 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının azad edilən Ağalı kəndində yeni yaradılan 33 saylı seçki məntəqənin sədri Mübariz Fərhadov deyib.
Onun sözlərinə görə, Bənövşə xanım səhhəti ilə əlaqədar səsvermə zamanı səyyar xidmətdən istifadə edəcək.
M.Fərhadov bildirib ki, Zəngilanın Ağalı kəndində yerləşən məntəqədə 7 fevralda keçiriləcək seçkilərdə 1206 nəfər seçici səs verəcək:
“Onlardan 605 nəfər Ağalı kəndinin sakinləri, digər seçicilər isə ətraf kəndlərə işləmək üçün gələn seçicilərdir”.