Bəxtiyar Hacıyevin cinayət işinin DETALLARI

Cəmiyyət 16:15 02.02.2024

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. 

Ednews  "report.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib. 

Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi “HUMAN CAPITAL CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək “Caspian Plaza” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədi ilə müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay məktəblərinin təşkili xidmətlərini göstərib. 

2016-2018-ci illərdə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə xarici dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla müqavilə bağlamayaraq əcnəbi dil proqramları üzrə hazırlıq dərslərinin keçirilməsini təşkil edib. 

2016-2022-ci illərdə “Caspian Plaza” biznes mərkəzində icarəyə götürdüyü ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla müqaviləsiz subicarəyə verməklə gəlirlər əldə edib. 

Bəxtiyar Hacıyev vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə ümumilikdə 52489,44 manat məbləğində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb. 
Bundan başqa, Bəxtiyar Hacıyev tamah niyyəti ilə dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” (Public Policy Institute) adlı qurumun təsisçisi və direktoru kimi özünü təqdim edib xeyli miqdarda pul vəsaitlərinin qrant layihəsi adı altında resipiyent kimi ona ayrılması barədə danışıqlar aparıb razılıq əldə etmiş, bu məqsədlə o, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və Azərbaycan ərazisində qrant vermək hüququ əldə etməmiş “Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy) adlı qeyri-hökumət təşkilatı ilə ümumilikdə həmin dövrün məzənnəsi ilə xeyli miqdarda 81360 manat təşkil edən 45528,67 avro pul vəsaitlərinin qrant adı ilə xarici bank hesablarına köçürülməsinə nail olub. 2022-ci ilin fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” adlı təşkilatın “layihə meneceri” kimi çıxış edərək tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların alınmasına görə ödənişlərin edilməsinə dair məzmununa həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən hesabatları qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə xarici donor təşkilatının təmsilçilərinə təqdim edib. 

O, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi məzənnəyə görə xeyli miqdarda ümumilikdə 133849,44 manat məbləğində xeyli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin vəsaitləri 2016-2022-ci illərdə Bakı şəhərində bir neçə bankda öz adına olan cari hesablarına hissə-hissə nağd şəkildə mədaxil edib.

Sonradan paytaxtın Yasamal rayonu, Zərdabi küçəsi, məhəllə 3166 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasında 3 otaqdan ibarət ümumi sahəsi 124,07 kvadrat metr olan 61 saylı təmirsiz mənzilin öz adına 155 000 manata alınmasına sərf edib. 

Bundan başqa, Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Muradova arasında olan məhkəmə baxışının hazırlıq iclası keçirilərkən, B.Hacıyev məhkəmənin normal iş rejimini kobud surətdə pozub Ülviyyə Muradovanın və valideynlərinin ünvanına təkrarən ucadan nalayiq ifadələr işlədib.

Daha sonra ona zor tətbiq etməklə və sağlamlığına zərər vurmaqla hədələyib üzərinə hücum etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əli ilə qolundan tutub dartıb.
Eyni zamanda, icra məmuru Orxan Abdullayevi hər iki əli ilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət göstərib, yumruqla qəsdən Ülviyyə Muradovanın başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə və itələyərək başını iclas zalının giriş qapısına vurmaqla onun sağlamlığına a yüngül zərər vurmaya aid xəsarətlər yetirib. 

Təqsirləndirilən Bəxtiyar Hacıyev ona irəli sürülən ittihamla təqsirli bilmədiyini deyib. Məhkəmənin növbəti iclası fevralın 16-a təyin edilib. 

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
İlham Əliyevin Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxışının TAM MƏTNİ
14:35 04.07.2025
Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir
14:30 04.07.2025
"Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"
14:29 04.07.2025
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
14:15 04.07.2025
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
14:00 04.07.2025
Prezident İlham Əliyev və Pakistanın Baş Naziri Xankəndidə görüşdü
13:55 04.07.2025
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
13:45 04.07.2025
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
13:20 04.07.2025
Prezidentlər Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
13:05 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:01 04.07.2025
Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir
12:49 04.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
12:34 04.07.2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar
12:19 04.07.2025
"Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək" -Paşinyan Trampa mesaj verdi
12:04 04.07.2025
Pakistanın Baş naziri Xankəndiyə gəlib
11:49 04.07.2025
Seyran Ohanyanın toxunulmazlığı ləğv olunan bilər
11:48 04.07.2025
"Nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk"
11:20 04.07.2025
Adını dəyiş, məsələ bitsin Xanəmir Telmanoğlu yazır...
11:04 04.07.2025
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
11:02 04.07.2025
Hamısı