19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Şakir Quliyev son 10 ildə belə seçki aktivliyi görmədiyini bildirib.
Ednews Report-a istinadən xəbər verir ki açıqlamasında sədr qeyd edib ki, məntəqənin dislokasiyasında 1367 nəfər seçici qeydiyyata alınıb.
"Hər şey qaydasındadır, indiyə olan məlumata görə, 430-dan çox seçici artıq səs verib, daşınan qutudan istifadə üçün isə müraciət qeydə alınmayıb".