Xəbər verdiyimiz kimi, bu il martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək. Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti dislokasiya edilən rus sülhməramlıları bəs harada səs verəcək?
Ednews xəbər verir ki, mövzuya Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya”ya müsahibəsində aydınlıq gətirib.
Onun sözlərinə görə, Rusiyada prezident seçkiləri zamanı Xankəndi şəhərində səyyar seçki məntəqəsi fəaliyyət göstərəcək:
"Biz bunun üçün heç bir xüsusi təhlükəsizlik tədbiri planlaşdırmırıq, çünki Azərbaycan təhlükəsiz ölkədir”.