“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşı Rövşən Əliyevə yüksək vəzifə verilib.
Ednews xəbər verir ki, o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
Qeyd edək ki, Rövşən Əliyev bu vəzifədə Sabir Bilalovu əvəz edib.