7 fevral 2024-cü ildə Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti yerləşən əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak ediblər.
Bu barədə Ednews-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdiriblər. Uzun uçuşdan sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edib.
Harada olmasından asılı olmayaraq seçkilərdə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir.