Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR

Cəmiyyət 14:54 15.02.2024

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı gənc Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb.

Ednews Musavat.com-a istinadən xəbər verir ki,  hüquq mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:

“Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında “dəlixana” deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar...”

Hüquq mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içməyib.

Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb: ‘’Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad edilməsinə nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.

Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.

Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.

Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər.

O da məlum olub ki, Əhməd Əhmədov ona “dəli” deyilməsindən çox qəzəblənib.

Daha bir məlumat - Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə “102” xidmətinə məlumat verib.

Hüquq mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.

Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı