“Şəhərdə üç yol zolaqları müəyyənləşib: avtobus, velosiped və digər maşınlar üçün zolaqlar. Şəhərin bu darısqallığında onların idarə olunması problem yaradır. Avtobus yolu boş saxlanılır, digər maşınlar zolağa daxil olanda cərimlənirlər. Bu zolaqlar elə tənzimlənməlidir ki, digər maşınlar da o zolaqdan istifadə edə bilsinlər və avtobus gələndə onlara yol versinlər”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
Deputat Bakı-Quba ödənişli yolunda qanunları pozan sürücülərlə bağlı maraqlı təkliflə çıxış edib:
“Bu yaxınlarda ödənişli yolda qanunazidd hərəkətlərlə bağlı iki görüntü yayıldı. Biri avtomobili tərsinə sürür, biri saatda 200 km-lə maşın idarə edir. Düşünürəm ki, onların cərimlənməsi kifayət deyil. Gərək onlara küçələri süpürtdürsünlər ki, bu insanlar ağıllansınlar”.