Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.
Ednews xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov hökumətin yeni tərkibdə yer almayıb.
Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Qeyd edək ki, Fikrət Məmmədov 2000-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edirdi.
Xatırladaq ki, İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindən sonra Nazirlər Kabineti Azərbaycan Konstitusiyasının 116-cı maddəsində əsasən tam tərkibdə istefaya getmişdi.