İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Xanagah adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin dünyasını dəyişdiyi, bir nəfərin də ağır yaralandığı bildirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, minik maşınında olan sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.