Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat keçirilib.
Ednews xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş tədbirdə professor-müəllim heyəti və tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.