Şirvan sakini bıçaqlanıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Şirvan sakini, 2006-cı il təvəllüdlü Mirsadiq Mustafayev bıçaq xəsarətləri ilə Şirvan xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.