Respublika Narkoloji Mərkəzində korrupsiya ƏMƏLİYYATI: Baş direktor və müavini HƏBS OLUNDU

Cəmiyyət 14:34 01.03.2024

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. 

Ednews  xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. 

Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. 
İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb. 

Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək. 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Hamısı